AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

İşğal və Qələbə Muzeyi Kompleksi: Tarixi həqiqətlərin ünvanı

Ağdam şəhərində inşa olunan İşğal və Zəfər Muzeyi Kompleksi həm keçmişin ağrılarını, həm də qazanılan şanlı Qələbəni gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Açıq səma altında salınan memorial parkda işğal zamanı dağıdılmış binaların qalıqları olduğu kimi saxlanılaraq erməni vandalizminin canlı sübutu kimi nümayiş etdirilir.

Kompleksin tərkibində yaradılan Zəfər Muzeyi isə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin əziz xatirəsini və xalqımızın birliyini əks etdirir. Burada müasir interaktiv texnologiyalar vasitəsilə ziyarətçilərə müharibənin gedişatı və qələbənin əhəmiyyəti barədə ətraflı məlumat veriləcək.

Bu kompleks həm yerli vətəndaşlar, həm də ölkəmizə gələn xarici qonaqlar üçün mühüm ziyarət məkanı olacaq. O, sülhün və azadlığın nə qədər böyük fədakarlıqlar bahasına qazanıldığını daim xatırladacaq.

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button