Yaşıl enerji zonası: Ağdamın ekoloji gələcəyi

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionları Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Ağdam şəhərinin bərpası zamanı da ekoloji təmizlik, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadə əsas prinsip kimi götürülür. İşğal illərində rayonun meşə örtüyü məhv edilmiş, çayları çirkləndirilmiş və ekoloji terror törədilmişdi.
Bu gün Ağdamda genişmiqyaslı yaşıllaşdırma aksiyaları keçirilir, on minlərlə yeni ağac əkilir və şəhər daxilində böyük meşə-parklar salınır. Binaların damlarında günəş panellərinin quraşdırılması, enerjiyə qənaət edən küçə işıqlandırması və tullantıların müasir üsullarla emalı şəhərin ekoloji tarazlığını təmin edir.
Yaşıl texnologiyaların tətbiqi Ağdamı təkcə müasir deyil, həm də sağlam və ekoloji cəhətdən təmiz bir yaşayış məkanına çevirir. Bu yanaşma gələcək nəsillərə daha yaşanabilən bir təbiət miras qoymaq məqsədi daşıyır.
Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri



