
Azərbaycan tarixində xalqın birliyinə, milli həmrəyliyə və dövlətçilik maraqlarınaxidmət edən təşəbbüslər hər zaman xüsusi əhəmiyyət daşıyıb. Yeni AzərbaycanPartiyasının 21 noyabr 1992-ci ildə təsis edilməsi də məhz belə bir tarixi zərurətinnəticəsi idi. Həmin gün keçirilən təsis konfransı ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, müxtəlif düşüncəli insanları ümumi məqsədətrafında birləşdirən mühüm hadisəyə çevrildi.
Partiyanın yaradılmasına aparan yol xalqın gələcəyi ilə bağlı narahatlıqlardan, müstəqil dövlətçiliyin qorunması istəyindən və güclü siyasi rəhbərliyə olanehtiyacdan qaynaqlanırdı. Azərbaycanın görkəmli ziyalıları və ictimai-siyasixadimləri Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşərək yeni siyasitəşkilatın yaradılmasını dəstəklədilər. Bu birlik yalnız təşkilati təşəbbüs deyil, həmdə xalqın milli maraqlar naminə nümayiş etdirdiyi həmrəylik nümunəsi idi.
Yeni Azərbaycan Partiyası öz fəaliyyətində xalqın mənafeyini, dövlətinsuverenliyini və Azərbaycanın inkişafını əsas prioritetlər kimi qəbul etdi. Partiyanın siyasi fəaliyyəti milli birliyin möhkəmləndirilməsi, cəmiyyətin müxtəliftəbəqələri arasında sağlam əməkdaşlığın qurulması və dövlətçilik ənənələrininqorunması baxımından mühüm rol oynadı. Bu prinsiplər zaman keçdikcəpartiyanın ictimai dayaqlarını daha da gücləndirdi.
Bu gün 21 noyabrın tarixi əhəmiyyəti yalnız keçmişə ehtiramla yanaşmaqdanibarət deyil. Bu tarix həm də gələcək nəsillərə milli birlik və dövlətə sədaqətideyalarını aşılamaq baxımından mühüm mənəvi dəyər daşıyır. Yeni AzərbaycanPartiyasının yaranması ilə başlanan siyasi tarix xalqımızın müstəqil dövlətquruculuğu salnaməsinin ayrılmaz hissəsinə çevrilib.
Elvin Həsənov,
YAP Xəzər rayon təşkilatının fəalı



