Analitika

9 May Qələbəsinin əldə olunmasında Azərbaycanın rolu

Müharibə adı gəldikcə insanı lərzəyə salan, düşüncələri darmadağın edən, xoşagəlməz, dözülməz dərdləri ilə xatırlanan hadisələr canlanır gözümüzün qarşısında.

Müharibə siyasətin zorakı formasıdır. Dünya tarixində müharibələrə çox tez-tez rast gəlmək mümkündür.Elə müharibələr də vardır ki, törətdiyi fəsadları dilnən saymaqla bitirmək mümkün deyil. Belə müharibələrdən biri də İkinci Dünya müharibəsi idi.

Müharibənin əsas səbəbkarı olan Almaniyanin 1939-cu ildə SSRİ ilə bağladığı Molotov-Ribbentrop Paktinidaki razılaşmaya baxmayaraq,əsas planlarından biri SSRİ-ə hücum etmək idi. Birinci Dünya müharibəsində olduğu kimi, bu müharibdə də ildırımsürətli müharibə planına görə 1941-ci ilin payızında qədər SSRİ təslim edilməli idi.

Bunun üçün də 1941-ci ilin yayında SSRİ-ə müharibə elan etdi. Bununla da SSRİ müharibəyə qatıldı və Böyük Vətən Müharibəsi başlandı. Ölkə ərazisində hərbi səfərbərlik elan edildi Müharibədə azərbaycanlıların həm arxa cəbhədə,həm də ön cəbhədə mübarizə aparması müharibənin taleyində danılmaz rol oynadi.Minlərlə oğlan və qızlarımız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.

600 mindən çox azərbaycanlı müharibədə iştirak edib, vurusmuşdur. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanda təşkil edilmiş diviziylar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda qəhrəmanlıqla vurusmusdular.

Müharibə iştirakçılarımizdan İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun,Taupse uğrunda mübarizədə iştirak etmiş, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarix səhnəsində silinməz izlər buraxdilar. Tarixçi alim Ziya Bünyadov da bu qəhrəman oğullarmizin arasındadır.

Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdilər. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırann qəhrəmanımızın adı isə Rəşid Məcidovdur. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) – Şöhrə ordeninin tam üç dərəcəsi ilə təltif edildi.

İkinci Dünya Müharibəsində SSRİnin qələbə qazanmasiniz əsas səbəbkarı Azərbaycan nefti olmuşdur. Sovet İttifaqının mühərrik müharibəsində əldə etdiyi tarixi qələbədə Cəbhənin yanacağa olan tələbatının böyük hissəsini təchiz edən Bakı şəhərinə Qəhrəman şəhər adı verilmədi. Halbuki müharibə illərində Bakı SSRİ-nin əsas neft bazası olmaqla qələbənin qazanılmasına güclü təsir göstərdi.

İkinci Dünya müharibəsi illərində Bakının maşınqayırma zavodlarında bir çox silahlar hazırlanır, məşhur Katyuşa reaktiv qurğuları, döyüş sursatı və cəbhə üçün digər ləvazimatlar istehsal edilirdi. ABŞ və İngiltərənin SSRİ-yə yardımları İran ərazisindən məhz Azərbaycan vasitəsilə daşınırdı. Bu isə nəqliyyat işinin yenidən təşkil edilməsinə səbəb olmuşdu. Müharibə illərində Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. Müharibə dövründə Bakı ölkə neftinin 75-80%-dən çoxunu verirdi.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

Sərvətləri ilə zəngin olan Bakını ələ keçirmək Almaniyanın da əsas arzusu idi. Bunun üçün də Hitler Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetiriliri. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, xüsusilə də Bakının işğalı mərkəzi yer tuturdu.

Müharibədə ön cəbhədə vuruşan azərbaycanlılarla yanaşı,arxa cəbhədə vurasan həmyerlilərmizin də rolu əvəzsizdir. Müharibənin ilk günlərində Bakıdakı bütün müəssislər 12 saatlıq iş rejiminə keçdilər. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi.

Müharibə illərində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçularının rəşadəti hesabına cəbhəyə və təsərrüfada olan tələbatı ödəmək üçün 1milyon 600 min vaqon, 480 min vaqon quru yük və 500in sistern neft məhsulları göndərmisdir.

Stalinqrad uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı. Respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.

Müharibədə yaralanmış insanlara yardım etmək üçün 66 hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu. Tibb elmləri doktoru, professor Əziz Əliyevin rəhbərliyi ilə Yaralılara Xəstələrə Kömək Komitəsi yaradıldı. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi. Təkcə müharibənin əvvəllərində müdafiə fonduna şəxsi istifadələrdə olan 18 min baş mal-qara, 52 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul göndərilmişdi.

Ölkəmizdə bu müharibdə iştirak etmiş Qəhrəmanlara xüsusi qayğı göstərilir. Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında müvafiq Sərəncamı imzalamışdır.

Ulu Öndər Heydər Əliyev İkinci Dünya Müharibəsində Azərbaycanin rolunu yüksək qiymətləndirmisdir. O,qeyd edirdi:

– Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib.

Ağa-zadə Zülfiyyə,
Xəzər rayonu, İftixar Tağıyev adına 26 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button