
Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik və siyasi münasibətlər uzunmüddətli əməkdaşlıq ənənələrinə əsaslanır. İki ölkə arasında əlaqələrin hüquqi və siyasi əsaslarının formalaşmasında 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mühüm rol oynamışdır.
Müstəqillik dövründə Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoq, iqtisadi əlaqələr, enerji sektoru və digər istiqamətlər üzrə əməkdaşlıq inkişaf etmişdir. Yeni Birgə Bəyannamə məhz bu tarixi təcrübəyə əsaslanaraq münasibətlərin daha geniş və sistemli xarakter almasını nəzərdə tutur.
Bəyannamənin əsas məqsədi qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməkdir.
Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq maraqların qorunması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkənin xarici siyasət əlaqələrində mühüm hadisə kimi qiymətləndirilə bilər.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni mərhələyə keçməsini rəsmiləşdirir.
Sənədin əhəmiyyətli xüsusiyyətlərindən biri əməkdaşlığın davamlılığını təmin etmək üçün konkret mexanizmin nəzərdə tutulmasıdır. Belə ki, tərəflər Bəyannamədə müəyyən edilmiş üç əsas istiqamət üzrə əldə olunan irəliləyişləri müzakirə etmək və gələcək prioritetləri müəyyənləşdirmək məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə razılığa gəlmişlər.
Bu görüşlər müdafiə və təhlükəsizlik, ticarət və investisiya, eləcə də təhsil və innovasiya sahələrində əməkdaşlığın praktiki nəticələrinin qiymətləndirilməsinə imkan yaradacaqdır.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



