AnalitikaGündəmSiyasət

Strateji Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində maliyyə, investisiyavə institusional əməkdaşlığın əhəmiyyəti

Müasir iqtisadi münasibətlər sistemində investisiya mühitininkeyfiyyəti, maliyyə institutlarının dayanıqlılığı və beynəlxalq kapitalbazarlarına çıxış imkanları dövlətlərin iqtisadi inkişaf səviyyəsinəbirbaşa təsir göstərir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neftsektorunun inkişafı üçün xarici investisiyaların cəlb edilməsi, maliyyəxidmətlərinin təkmilləşdirilməsi və sahibkarlıq subyektlərininbeynəlxalq bazarlara inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış StratejiTərəfdaşlıq haqqında Birgə Bəyannamədə maliyyə və kapital bazarlarıüzrə əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulması bu istiqamətdəyeni institusional imkanların formalaşdırılmasına xidmət edir. Sənədiqtisadi əlaqələrin yalnız ticarət dövriyyəsi ilə məhdudlaşmadığını, həmdə maliyyə və investisiya mexanizmlərini əhatə etdiyini göstərir.

Bəyannamədə davamlı investisiyaların, ticarət maliyyələşdirilməsinin, kiçik və orta sahibkarlığın inkişafının, eləcə də yaşıl maliyyələşdirmənindəstəklənməsi üçün müvafiq dövlət orqanları və maliyyə institutlarıarasında dialoqun genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətləriqtisadi resursların daha səmərəli bölüşdürülməsi və sahibkarlıqsubyektlərinin maliyyə imkanlarının artırılması baxımındanəhəmiyyətlidir. Maliyyə sektorunda şəffaflığın və institusionaldayanıqlılığın gücləndirilməsi beynəlxalq investorların etimadınınartırılmasına şərait yarada bilər. Eyni zamanda yaşıl maliyyəmexanizmlərinin tətbiqi ekoloji cəhətdən davamlı layihələrinmaliyyələşdirilməsini stimullaşdıraraq iqtisadi inkişafla ekolojiməsuliyyət arasında tarazlığın yaradılmasına xidmət edir.

İqtisadi əməkdaşlığın səmərəli təşkili üçün institusional koordinasiyamexanizmlərinin mövcudluğu xüsusi əhəmiyyət daşıyır. BəyannamədəBirgə Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasınınəsas platforma kimi müəyyən edilməsi bu baxımdan mühüm addımdır. Komissiya investisiya təşəbbüslərinin, iqtisadi şaxələndirməlayihələrinin, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığınınəlaqələndirilməsi üçün institusional imkan yaradır. Belə mexanizmlərdövlət qurumları, maliyyə institutları və özəl sektor arasında dialoqundavamlılığını təmin etməklə iqtisadi təşəbbüslərin praktik nəticələrəçevrilməsinə kömək edə bilər. Həmçinin bilik və təcrübə mübadiləsimaliyyə idarəçiliyinin müasirləşdirilməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə maliyyə vəinvestisiya əməkdaşlığının ayrıca istiqamət kimi nəzərdə tutulmasıAzərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə inteqrasiyasıbaxımından mühüm perspektivlər yaradır. Maliyyə institutları arasındaəlaqələrin gücləndirilməsi, investisiya mühitinin təkmilləşdirilməsi vəsahibkarlığın dəstəklənməsi uzunmüddətli iqtisadi inkişafın əsasşərtlərindəndir. Bu əməkdaşlığın ardıcıl şəkildə həyata keçirilməsi yeniinvestisiya layihələrinin formalaşmasına, iqtisadi fəaliyyətinşaxələndirilməsinə və beynəlxalq maliyyə bazarları ilə əlaqələringenişlənməsinə töhfə verə bilər. Nəticə etibarilə, maliyyə vəinstitusional əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühümiqtisadi dayaqlarından biridir.

 

Aysel Rəhimova,
YAP
Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button