
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər Zəfər parkını ziyarət ediblər. Zəfər abidəsi önünə gül dəstəsi qoyaraq, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.




